Plastik və estetik cərrahiyyə
Plastik cərrahiyyə insanın xarici görünüşündə olan anadangəlmə və ya sonradan qazanılmış uyğunsuzluqların (qüsurların), çapıqların, piqmentlərin aradan qaldırılması ilə bağlı aparılan cərrahiyyə əməliyyatıdır. Plastik cərrahiyyə sahəsinə həmçinin rinoplastika, abdominoplastika, mamoplastika, tük əkilməsi, otoplastika, dodaqların böyüdülməsi, üzün dartılması, süd vəzilərinin böyüdülməsi və kiçildilməsi, liposaksiya, septoplastika, rinoseptoplastika, qaşların qaldırılması, botoks (botulotoksin), piy və silikon inyeksiyası, ayaqların dartılması, boynun dartılması, çənənin uzadılması, buxağın liposaksiyası, açıq əməliyyat üçün, lazer, laparoskopiya, endoskopiya və.s daxildir.
Estetik cərrahiyyə insanın xarici görünüşün dəyişdirilməsi məqsədi ilə həyata keçirilən cərrahiyyə əməliyyatıdır.
Bu əməliyyatlar keçən əsrin əvvəllərində Avropada yaranmasına baxmayaraq, uzun müddət gizlin aparılıb. Bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylərin götürülməsi, burundakı, üz sümüklərindəki, çənə sümüyündəki forma qüsurlarının aradan qaldırılması, məmə nisbətsizliklərinin (böyüklük-kiçiklik) aradan qaldırılması, dəri problemləri, qırışlar, istənməyən ləkə və tatuirovka izlərinin, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanması, qırışma, alt-üst göz qapağında sallanmalar kimi yaşlanma əlamətlərinin aradan qaldırılması Estetik cərrahiyyə əməliyyatlarına aiddir.
Klinikamızda aşağıdakı plastik və estetik əməliyyatlar həyata keçirilir:

- Rinoplstika
- Lifting (ayaq)
- Abdominoplastika
- Vaginaplastika
- Liposaksiya
- Otoplastika
- Süd vəzisinin yığılması
- Lipofilling
- Mamoplastika (silikon)
- Lifting (üz)
- Blefaroplastika
- Qaş qaldırma
- Üzgərdirmə