Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Faydalı məlumatlar
Skoliozun müalicəsi
Skoliozun müalicəsi
Skolyozun müalicəsi konservativ və cərrahi yolla düzəltmə və ya önlənmə şəklindədir. Skolyozda cərrahi müalicə yoluna getməmək üçün bütün tədbirlər erkən dönəmdə alınmalı və müalicəyə önəm verilməlidir.

Konservatiov müalicə
Müşahidə : 20 dərəcənin altında və sümükləşmə inkişafi tamamlanmaya yaxın xəstələrdə sadəcə müşahidə, idmanlar və müəəəyn aralıqlarla kontrol yetərlidir. Müşahidə xəstə sümük sistemi inkişafini tamamlayıncaya qədər davam edir. Ümumiyyətcə yüngül dərəcəli əyriliyi olan gənç xəstələr 6-12 aylıq fasilələrlə yoxlanmalidirlar. Daha böyük skolyoz əyriliyi olanlar hər 3-4 ayda bir dəyərləndirilməlidir.

Korsetlə müalicə
Korsetin məqsədi əyriliyin artmasinin əngəllənməyə çalışılmasıdır. Korset xüsusiylə əyriliyin 25 dərəcənin üstündə olduğu ve böyümənin davam etdiyi uşaqlarda faydalidir. Korset 40 dərəcə üstü əyriliklərdə və skelet sistemi inkişafini tamamlanmasına uzun illər qalan uşaqlarda effekti azalmaya başlayır.

İdman müalicəsi
İdmanların müvəffəqiyyətində xəstənin bu patalogiyda oz məsuliyyətini bilməsi və ardicil, planli idman etməsi önəmli rol oynayır. Tək başına idman skolyozun inkişafinın qarşisini ala bilməz. Digər üsullərlə bərabər tətbiq olunduğunda müvəffəqiyyət əldə olunur.

Bio-Feedback
Xəstənin əzələlərinin vəziyyətini göstərən bir cihazdır. hansı əzələlərin spastic, hansıların kövşək olduğunu görən xəstə, cihazdakı siqnalları düzəltməyə çalışaraq əzələlərin tonusunu doğru yönə çəkməyə cəhd gösterir.
Fizioterapiya

Fizioterapiyanin bir çox növü vardir. Ancaq ən cox istifadə olunan əzələ sitimulyasiyasidir: skolyozda tətbiq olunan yeni bir üsuldir. Əyriliyin bir yanındakı əzələ qısalır və əzələ gücünü itirir, digər yanındakı əzələ uzanir və daha güclü hala gəlir. Onurğanı öz tərəfinə doğru çəkir. Bu üsuldə güclü olan tərəfə əzələ kövşədici, zəif olan tərəfə də əzələ gücləndirici program tətbiq olunur. Ortalama 15 seans sonunda əzələlərdə müəyyən dəyişikliklər görülməkdə olub xəstənin ağrı şikayətləri itir.
 
Cərrahi müalicə
Əgər əyrilik 50 dərəcənin üzərindədirsə və uşaq hələ də büyüyürsə əksər hallarda skolyozlar cərrahi əməliyyat olunmali ehtimalı yuksəkdir. Skolyozlarda 50 dərəcədən yuxarı əyriliklər böyüme sona çatdıqdan sonra da artmağa davam edir. Bu səbəblə gələcəkdə ola biləcək ağırlaşmaları və kosmetik qüsurların qarşisini almaq üçün cərrahi müdaxilə tətbiq olunmaqdadir. Bəzi erkən başlanğıclı və andangəlmə skolyozlarda əyrilik 50 dərəcəyə gəlmədən öncə də cərrahi müalicə tətbiq olunmaqdadir.
WhatsApp chat

Copyright © 2017 | Bütün hüquqları «Milan Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"