Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Faydalı məlumatlar
Övladınızda bu xəstəliyin əlamətləri varsa TƏCİLİ allerqoloqa müraciət edin ❗

 

Övladınızda bu xəstəliyin əlamətləri varsa TƏCİLİ allerqoloqa müraciət edin ❗


Atopik dermatit dərinin allergiya mənşəli xroniki iltihabı xəstəliyidir. Uşaqların 10-20 faizində müahidə olunur. 
Əsas əlamətləri qaşıntı, təkrarlanan sulantılı, qaşıntılı qızarıqlıqlar və ya yaralar, dəri quruluğudur. Atopik dermatitin sevimli yerləri - oynaqların qatlanma yerləri, boyunun ön və yan səthi, alın, gicgah, biləklər, əl və ayaqların arxa tərəfidir. Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda və diz arxasında yerləşir. Ata və anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı var. 
Vaxtında müalicə olunmazsa lazım olan tədbirlər görülməsə prosesə infeksiya qoşula bilər . Bu dərinin yayılmış şişkinliyi və qızarmasyla , qırızı ləkələrin əmələ gəlməsi ilə müşahidə olunur. Bu xəstəlikdə dərinin bütövlüyü pozulduğu üçün allergik kontakt dermatit əmələ gəlmə ehtimalı da yüksəlir. Uşaq yaşlarında qida allergiyası tez-tez görülür. 2 yaşa qədər uşaqlarda daha çox rast gəlinən allergenlər süd və yumurtadır.Xəstəyə əgər zamanında müdaxilə edilərsə heç bir iz qoymadan xəstəlik tamamilə müalicə olunur.
.

012 409 90 92
012 409 90 91

Copyright © 2017 | Bütün hüquqları «Milana Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"