Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Faydalı məlumatlar
Yaxınlaşan qış öncəsi körpələrdə hərarətin yüksəlməsinə DİQQƏT!!

 

Yaxınlaşan qış öncəsi körpələrdə hərarətin yüksəlməsinə DİQQƏT!!
Yaxınlaşan qış öncəsi körpələrdə hərarətin yüksəlməsinə DİQQƏT!!

Hərarəti düşürmək üçün bildiyimiz el aras üsullar nə dərəcə düzgündür?!
3 yaşının altındaki uşaqlarda enfeksiyon xəstəliklər tez tez müşahidə olunduğundan,hərarətlənmə zamanı körpəyə doğru müdaxilə etmək çox vacidir. 
Uşaqların vəziyyəti mütləq tibbi cəhətdən qiymətləndirilməli ve susuzluğun qarşısını almaq üçün bədən daima doğru maye növü ilə təmin olunmalıdır.Kofein tərkibli kola, qəhvə, çay kimi məhlullar sidik qovucu təsirinə görə su itkisinə səbəb olacaq və bu səbəblə hərarətli xəstələr üçün tövsiyyə olunmur. Su, sup və meyvə suyu kimi içəcəklər tövsiyyə olunur. 
Alın , gicgah, qoltuq altı, qasıq və ayaq aralarına islaq və ilıq kompress edilməsi hərarətin düşütülməsi üçün təsirli bir üsuldur. Bilinənin əksinə soyuq su və spirt hərarətin artmasına və titrəməyə səbəb olacqdır.Uşaqlar çox az geyindirilməli, yatarkən daha da azaldılmalıdır. Tərlətmə üsulu həraraəti düşürmək yerinə daha da vəziyyəti pisləşdirəcəyini unutmayın. 12 yaş və altı uşaqlarda aspirin hərarətdüşürücü kimi istifadə olunmamalıdır.

Copyright © 2017 | Bütün hüquqları «Milana Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"