Faydalı məlumatlar
Ana səhifə Faydalı məlumatlar
Faydalı məlumatlar
OSTEOXONDROZ
OSTEOXONDROZ

Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq OSTEOXONDROZ adlandırılır. 
Boyun Osteoxondrozu zamanı -Disklər arası məsafənin azalmasına -Disklərin elastikliyinin azalmasına
-Disklərin yuxarıdakı səbəblərlə əlaqədar sürüşərək ətrafındakı sinir və damarlara təzyiq etməsinə səbəb olur.
????Disklərin degenerasiyasi zamanı əvvəlcə fibroz həlqədə çatışmamazlıqlar yaranır deyə, pulpoz nüvə öz konfiqurasiyasini dəyişərək sürüşərəkdən qabarıqlaşır ki, buna protruziya deyilir. Protruziya da öz növbəsində yaxınlıqdan keçən sinir və damarlar təzyiq edərəkdən müxtəlif kliniki əlamətlər verir. Protruziyalar vaxtında müalicə olunmadıqda isə fibroz həlqənin tamlığı pozulmağı davam edir ki, bu zaman pulpoz nüvə həmin defektdən sürüşərək və ya qopub ayrılaraq disk yırtığını formalaşdırmış olur. ????Boyun osteoxondrozunun (kirəclənməsinin) əlamətləri nələrdir? 
Əlamətlər adətən özünü 18 yaşından etibarən göstərəbilir və simptomların biruzə vermə ehtimalı yaş artdıqca daha çox artar. 50 yaşından sonra bir xeyli dərəcədə ciddi simptomlar meydana gəlir. 
Başlıca əlamətləri:
-boyun ağrısı
-baş ağrısı
-qol ağrısı
-əllərdə uyuşma- keylik
-əzələ spazmı
-həssasiyyət və hərəkət məhdudluğudur. 

Copyright © 2017 | Bütün hüquqları «Milana Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"