Haqqımızda
Ana səhifə Haqqımızda
Haqqımızda
Klinikamız 1 yanvar 2014 -cü ildə Bakı şəhəri, Nərimanov rayonunda , işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti ilə fəaliyyətə başlamışdır. Klinkamızda tibb elminin standartlarına cavab verən ən son model Avropa istehsalı avadanlıqlarla 24 saat yerli və xarici pasientlərimizə xidmət göstərilir. Göstərdiyimiz VİP xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri klinikamızın açıq fərqlə Azərbaycandaki bir çox klinikalardan daha üstün olduğunu götərir. Klinikamız gündən günə inkişaf edir və müalicədə dünya standartlarını tətbiq edir.

Klinikamız sizə nə vəd edir:
  • Dəqiq laboratoriya analizləri
  • Məsuliyyətli həkim müayinəsi
  • Hər pasientə indidvidual yanaşma
  • Ən son model tibbi texnologiya ilə müayinə və müalicə

Klinikamızda pasientlərimizə yüksək səviyyədə və keyfiyyətdə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri , ən müasir avadanlıqlardan istifadə olunaraq Fizioterapiya, Diaqnostika, və Ambulator xidmətlər göstərilir.

Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərərk dünyaya tanıtmaqdır.

Copyright © 2017 | Bütün hüquqları «Milana Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir | Site by "OKmedia"